!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa öz gözündəki tiri görmür…

!Reklam – Yazi

2004-cü ildə ömürlük həbs cəzası almış Britaniya vətəndaşı Con Herst ölkəsində keçirilən seçkilərdə iştirak edə bilməməsi ilə əlaqədar Avropa İnsan Hüquqları məhkəmsinə müraciət edib. Avropa İnsan Hüquqları məhkəməsi Britaniya hökuməti tərəfindən həmin vətəndaşın hüquqlarının pozulması ilə əlaqədar qərar qəbul edib. Avropa Şurasının da üzvü olan Britaniyanın bu qərarı icra etməməsinə baxmayaraq, ona qarşı hər hansı cəza tədbiri həyata keçirilməyib.

AŞ-ın sabiq baş katibi Thorbjorn Jagland isə Azərbaycana qarşı Avropa Şurası Konvensiyasının 46.4 maddəsinin tətbiq edilməsini təklif edib. Bu maddənin tətbiq edilməsi nəticəsində Azərbaycanın Avropa Şurası üzvlüyündən çıxarılacağına dair ehtimal irəli sürülür. Lakin 46-cı maddə indiyədək heç bir ölkəyə tətbiq edilmədiyinə görə, bu maddə üzrə Azərbaycana qarşı iş başlayarsa nə ilə nəticələnəcəyini demək mümkün deyil.

Bundan başqa, Böyük Britaniya 2017-ci ildə Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarının icra edilməməsi ilə bağlı qaydalar qəbul edib.

2018-ci ilin statistik məlumatlarına əsasən, Rumıniya Avropa İnsan Hüquqları məhkəməsinin 309, Macarıstan isə 252 qərarını icra etməkdən yayınıb. 

www.yenicag.az

3923
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv