“Avropa Parlamentinin qətnaməsinin ədalətsiz mahiyyəti və məzmunu nəzərə alsaq, bunun bizim üçün heç bir dəyəri yoxdur”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərində jurnalistlərə deyib.
Hökumət başçısının sözlərinə görə, Avropa Parlamenti indiyədək Gürcüstanla bağlı beş qətnaməni təsdiqləyib və beşinin hamısı sonuncudan daha az ciddi olub. Kobaxidze qeyd edib ki, bu, Avropa Parlamentində başlanmış növbəti, altıncı, qeyri-ciddi layihədir: “Reallıq ondan ibarətdir ki, Gürcüstanda ölkə demokratik şəkildə idarə olunur, müxalifət mahiyyət etibarı ilə antidemokratikdir, lakin siz görürsünüz ki, Avropa Parlamentinin qətnamələrində bəzən radikal müxalifət, radikalizm və ABŞ-nin yeni administrasiyasının bu gün açıq şəkildə tənqid etdiyi hər şey ifadə olunur”./unikal