Reklam

Reklam

Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında iştirakı fəallaşdırılmalıdır.

Yenicag.az-ın məlumatına görə, Avropa Parlamentinin (AP) deputatları belə hesab edirlər.

Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli sazişlə bağlı danışıqlar üzrə rəyində deyilir ki, Avropa İttifaqı və bu münaqişənin tərəfləri arasında yeni sazişlər problemin sülh yolu nizamlanması prosesində mövcud tərəqqini şərtləndirməlidir.

Həmçinin AP-nin məruzəçisi Norika Nikolai qeyd edib ki, Aİ-nin qonşu ölkələrində təhlükəsizliyin səviyyəsi baxımından “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində, o cümlədən Azərbaycanla intensiv dialoq və əməkdaşlıq daha mühüm keyfiyyət qazanır:

“Avropa İttifaqı ilə Azərbaycan arasında səmimi və etibarlı münasibətlər hər iki tərəfə iqtisadi səmərə verəcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5209
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."