!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Parlamentində "Brexit" şousu: Himn zamanı arxalarını çevirdilər - FOTO

!Reklam – Yazi

Avropa Birliyi Parlamentinin iclasında gözlənilməz hadisə baş verib.

Yenicag.az xəbər verir ki, İngiltərə Breksit Partiyasının 29 millət vəkili Avropa marşı oxunduğu zaman himni protesto edib.

May ayındakı seçimlərdən sonra ilk dəfə keçirilən iclas zamanı yaşanan bu hadisə dünya gündəminə çevrilib. “Brexit” tərəfdarı deputatlar bununla da Avropa Birliyinə qarşı öz etirazını bildirib.

İngiltərə İşçi Partiyası isə bu hərəkəti birmənalı olaraq yolverilməz adlandırıb. Onlara görə bu addım “İngiltərəni bütün dünyadan soyutmaq üçün atılıb”.

Bundan başqa liberal demokratlar da iclasa “Brexit”i dayandırın” şəklində yazılmış köynəklərlə gəlib.

Qeyd edək ki, sabah yeni parlamentin öz sədrini seçməsi gözlənilir.

 

www.yenicag.az

2117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv