Avropa Parlamentində gərgin anlar – Orbandan SƏRT CAVAB

 

Ursula von der Leyen iclas zalını tərk etdi Avropa İttifaqının (Aİ) dönəm sədri Viktor Orban Avropa Parlamentinin (AP) Baş Assambleyasında Aİ Komissiyasının sədri Ursula von der Leyen və deputatlarda sərt cavablar verib.

Yenicag.az xəbər verir ki, Macarıstanın baş naziri Orban ölkəsinin 1 iyuldan bəri apardığı dönəm sədrliyi fəaliyyətlərinin müzakirə olunduğu Strasburqda keçirilən dinləmələrdə açılış nitqindən sonra von der Leyen və deputatların tənqidlərinə cavab vermək üçün söz alıb. O, üzərinə götürdüyü dövr sədrliyinin prioritetlərini izah etmək üçün burada olduğunu vurğulayıb. “Amma siz bunu partiya daxili siyasi münaqişəyə çevirməyə qərar verdiniz və bu, çox təhlükəli bir vəziyyətdir. Əgər bizə hücum edirsinizsə, biz də hücum edəcəyik. Mən ölkəmi müdafiə edəcəyəm”, – deyə o bildirib.

Fon der Leyendən eşitdiklərinə təəccübləndiyini bildirən Orban alman siyasətçini çıxışının mərkəzinə Budapeşt-Brüssel gərginliyini qoyduğuna görə sərt şəkildə tənqid edib. AB Komissiyası sədrinin Macarıstanı “viza rahatlığı təmin etmək və əlavə təhlükəsizlik yoxlaması olmadan Rusiya vətəndaşlarını işə götürmək” ittihamını “riyakarlıq” kimi qiymətləndirən Orban Macarıstanda cəmi 7 min Rusiya vətəndaşının çalışdığı halda, digər Avropa ölkələrində bu rəqəmin çox daha yüksək olduğuna diqqət çəkib.

Macarıstan lideri fon der Leyenə müraciət edərək, “Bəs Almaniyadan nə xəbər var? Orada vəziyyət necədir? Almaniyada Rusiyadan gələn 300 min işçi var və sonra məni günahlandırırsınız, İspaniyada 100 min, Fransada 60 min rus işləyir, sonra da mənə qarşı ittiham irəli sürürsən, bu ədalətlidirmi?” – deyə soruşub. Orbanın tənqidlərə cavab olaraq çıxışı bitdikdən bir müddət sonra fon der Leyenin sessiyanı tərk etməsi, bəzi deputatların isə alman siyasətçinin vaxtından əvvəl getməsini tənqid etməsi diqqət çəkib.

Nəsimi Ələsgərli

COP29