Avropa Parlamentinə yeni sədr seçildi

Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri birinci turda mütləq səs çoxluğu yığa bilməyib.

Yenicag.az xəbər verir ki, italiyalı namizəd David Sassoli 325 səs toplayıb ki, bu da tələb olunan 50 faiz+1 həddindən azdır.

Digər namizədlər arasında çexiyalı Yan Zaqradil 162, almaniyalı Ska Keller 133 və ispaniyalı Sira Reqo 42 səs toplayıb.

Parlament sədrinin seçilməsi üçün ikinci tur elan edilib.

Avropa Parlamenti sədrinin seçilməsi üçün keçirilən ikinci tur keçirilib.

Sədr postuna italiyalı David-Mariya Sassoli seçilib. Onun lehinə Avropa Parlamentinin 345 deputatı səs verib.

Ümumilikdə səsvermədə 662 deputat iştirak edib.