Avropa Parlamentinin deputatından Zəhra ilə bağlı aksiyaya reaksiya

Aropa Parlamentinin deputatı Zəhra ilə bağlı aksiyaya reaksiya verdi.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata görə, internet aksiya əsasən “Twitter” sosial şəbəkəsində 3 gün ərzində keçirilərək əsas hədəf kütləsi kimi Avropa Parlamenti üzvlərinə qarşı keçirilmişdir.
5 iyul tarixində Avropa Parlamentinin BMT-nin Baş Assambleyanın 72-ci sessiyasında Şuraya tövsiyyə xarakterli görüşündə Azərbaycana qərəzli təklifləri müzakirə edilmişdir. Belə ki, tövsiyyələrdə Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsində davamlı münaqişələrin, habelə insan hüquqlarının və ərazi bütövlüyünün, qüvvədən istifadənin və bərabər hüquqların qorunması üçün sülh yolu ilə davamlı həlli üçün diplomatik səyləri dəstəkləmək və yerdəki xalqların öz müqəddəratını təyin etməsi fikirləri birmənalı ikili standartların tətbiq olunmasını sübut edən real göstəricidir.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərini iyul ayının 4-də müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həyatını itirməsi, Sərvinaz Quliyevanın yaralanması və mülki obyektlərə zərər yetirilməsi ərəfəsində Avropa Parlamentidə bu cür qərəzli tövsiyyələrin müzakirə olunmasına qarşı Gənclər üçün Təhsil Mərkəzi tərəfindən AP-nin üzvlərinə istiqamətlənmiş twitter aksiyası həyata keçirilmişdir.

İngilis dilində təşkil olunan #Nkpeace, #stoparmenianaggresion, #GTMECY , #EuropeanParliament , #EPMEPs həştəqləri ilə 10 mindən çox “tweet” paylaşılan aksiyaya ilk rəy Avropa Parlamentinin Avropa Millətləri və Azadlıq qrupunun sədri, Böyük Britaniyanı təmsil edən xanım deputat Janike Atkinson cavab yazaraq bu qetnamə öncəki sənəd sayılan “motion”-a səs vermədiyini bildirmişdir.

Yenicag.az