Avropa Parlamentinin saytına bir müddət əvvəl “DDOS” hücumu səbəbindən daxil olmaq çətinləşmişdi.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü özünün “Twitter” səhifəsində Avropa Parlamentinin nümayəndəsi Jaume Duk yazıb.
“Kənardan Avropa Parlamentinin saytına daxil olmaq şəbəkə trafikinin yüksək səviyyədə olması səbəbindən çətindir”, – deyə J.Duk bildirib.
Onun sözlərinə görə, Avropa Parlamentinin mütəxəssisləri bu problemi aradan qaldırmaq üçün çalışırlar.