Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Ukraynanın paytaxtı Kiyevə səfər edəcəyini açıqlayıb.
Yenicag.az xəbər verir k, bu barədə Mestola sosial media hesabında paylaşım edib.
“Kiyevə gedirəm. Avropa Parlamenti adına dəstək və ümid mesajını çatdıracağam” , – deyə rəsmi bildirib.
Qatarın qarşısında çəkilmiş fotosunu yayımlayan Metsola səfəri ilə bağlı təfərrüatlar açıqlamayıb. Səfərin təfərrüatlarının təhlükəsizlik baxımından məxfi saxlanıldığı bildirilib.