Avropa Parlamentinin yeni sədri seçilib

İtaliyanın konservativ siyasətçisi Antonio Tayani Avropa Parlamentinin sədri seçilib.

Yeniçağ.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.

Məlumata görə, o, sonuncu turdakı səsvermədə qurumun rəhbəri seçilib.

Avropa Xalq Partiyasının fraksiyasını təmsil edən deputat Antonio Tayani üçüncü turda 291 səs toplayaraq liderlik mövqeyini saxlamışdı.

Yeniçağ.Az