Avropa “Payitaht Abdülhamid”ə qarşı: Populyar serial kimləri narahat edir?

TRT-də nümayişi davam etdirilən “Payitaht Abdülhamid” serialı Avropanın narahatlığına səbəb olub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Parlamentinin (AP) Türkiyə üzrə məruzəçisi, hollandiyalı deputat Piri tərəfindən hazırlanan hesabata 397 dəyişiklik təklif olunub.
Məlumata görə, bu təkliflər arasında diqqəti daha çox cəlb edənlərdən biri TRT kanalında nümayiş olunan “Payitaht Abdülhamid” serialı ilə bağlıdır.

Təklifdə “Payitaht Abdülhamid” serialında çox sayda antisemit elementlərin yer aldığı iddia olunub və bu hala tənqidi münasibət bildirilib. Eyni zamanda, hesabat müəllifləri Türkiyə hakimiyyətini antisemitizm meylləri ilə mübarizəyə çağırıblar.

Bu təkliflərin hesabata salınıb-salınmayacağı AP-nin Xarici Siyasət Komissiyasında iyunun 20-də keçiriləcək dinləmələrdən sonra məlum olacaq.

Xatırladaq ki, AP-nin 2011-ci ildə hazırladığı hesabatda populyar “Muhteşem Yüzyıl” serialına da yer verilmişdi.

Yeniçağ.Az

COP29