Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa-Qafqaz-Asiya nəqliyyatında yük daşımaları 2,7 faiz artıb

2018-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39195,3 min ton, yük dövriyyəsi isə 8564,9 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,7 faiz və 2,7 faiz artım müşahidə olunub.

Yenicag.az xəbər verir ki, yüklərin 24685,4 min tonu və ya 63,0 faizi avtomobil nəqliyyatı, 9320,1 min tonu və ya 23,8 faizi dəmir yolu nəqliyyatı, 5189,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,1 faizini və ya 7075,0 min tonunu tranzit yüklər təşkil edib.

www.yenicag.az

1456
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100