Avropa rəsmiləri Ermənistana gəlir

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana gələcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Səfər 27-29 noyabr tarixlərində baş tutacaq.

Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsinin mümkün istiqamətləri müzakirə olunacaq.