!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa “rus ayısı”nın əhliləşdiriləcəyinə çox asanlıqla inandı” – Polşanın Baş naziri

!Reklam – Yazi

“Davam edən savaşda Ukraynanın məğlubiyyəti Üçüncü Dünya Müharibəsinin prelüdiyası olacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya Qərbin hərbi yardımlarının artırılmasının vacibliyindən danışan Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Baş nazirin sözlərinə görə, Almaniya Rusiyanın qələbəsinə imkan verməmək üçün vəd olunan tankları Ukraynaya göndərməlidir:

“Davam edən savaşda Ukraynanın məğlubiyyəti Üçüncü Dünya Müharibəsinin prelüdiyası olacaq. Ona görə də Qərb Ukraynaya Rusiya təcavüzünü dəf etmək üçün daha çox silah verməlidir.

Liberal aləmin otuz illik dövrünün illüziyadan başqa bir şey olmadığı ortaya çıxdı. Avropa “rus ayısı”nın əhliləşdiriləcəyinə çox asanlıqla inandı. İndi isə Ukraynaya silah göndərişini qeyri-müəyyən müddətə gecikdirmək, təxirə salmaq olmaz”.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv