Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Avropa Rusiyaya qarşı energetika birliyi yaradır

Qazprom (1)KİV: Avropa Rusiyaya qarşı energetika birliyi yaradır

Almaniyanın “BASF” konserni Rusiyanın “Qazprom” şirkəti ilə aktivlərin mübadiləsi ilə bağlı sazişin ləğv edildiyini bəyan edib.

Sözügedən saziş 2012-ci ildən etibarən hazırlanır.

Nəşrin məlumatına görə, bir qədər əvvəl tərəflər əmin edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar sazişə təsir etməyəcək. Buna baxmayaraq, ötən gün əlaqələrin kəsilməsinin səbəbləri açıqlanmayıb. Bununla belə, bu addım Rusiya və Avropa arasında qaz sahəsində münasibətlərin gərginləşməsi ilə izah olunur.

“Kommersant” iddia edir ki, Avropa Parlamenti Avropa Birliyinin energetika təşkilatının yaradılması ilə bağlı plan hazırlayır. Gələn ilin yanvarında bu təşkilatın ictimaiyyətə təqdim olunacağı bildirilir. Nəşrdə bildirilir ki, burda əsas element kimi Avropa şirkətləri üçün ümumi qaz tədarükü və köhnə qitənin energetika sektorunda Rusiya şirkətlərinin sərmayəsinə yeni məhdudiyyətlərin tətbiqi çıxış edir.

Qəzet 2015-2016-cı illərdə energetika birliyinin yaradılması ilə bağlı Avropa Parlamentinin fəaliyyət planını da əldə etdiyini yazıb: “Bir sıra Avropanın normativ sənədlərində olduğu kimi, bu fəaliyyət planında da Avropanın əsas qaz tədarükçüsü olan Rusiya ilə qarşılıqlı əlaqəyə dair yeni mühüm bəndlər yer alıb”.

Yazıda bildirilir ki, ideyanın əsas tərəfdarı Avropa İttifaqı Şurasının hazırkı prezidenti Donald Tusk olsa da, bu məsələ ilə bağlı siyasətçilər arasında yekdil fikir yoxdur. Xüsusilə, Almaniya Kansleri Angela Merkel bu cür yanaşmanın tətbiqində ehtiyatlı olmaqla bağlı fikir söyləyib.

www.yenicag.az

280