Avropa yeni sui-qəsd xəbəri ilə sarsılıb.
Yenicag.az xəbər verir ki, Fransa lideri Emmanuel Makrondan sonra İspaniya Baş naziri Pedro Sançezə qarşı sui-qəsdə cəhd edilib.
Cəhdin qarşısı vaxtında alınıb. 63 yaşındakı sui-qəsdçinin evindən snayper silahı aşkarlanıb.
Cinayətkar Barselona yaxınlığında Terrassa şəhərində saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makrona hücum planlayan altı şübhəli həbs olunmuşdu.