Avropa Şurası Belçikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşları üçün 100 avro məbləğində illik yığım müəyyənləşdirilib.
Yenicag.az xəbər verir ki, yığım Avropa İttifaqının sammitlərində iştirak etməyə akkreditasiya alan hər bir belçikalı jurnalistin təmsil etdiyi işəgötürən tərəfindən ödənilməlidir.
Belə ki, KİV təmsilçilərinin Belçika vətəndaşlığı olduqda və ya onlar bu ölkədə daimi (ildə 183 gündən artıq) yaşadıqda yeni qanun təhlükəsizlik yoxlamasından keçən hər bir əməkdaş üçün 50 avro məbləğində ödəniş nəzərdə tutur. Jurnalistlərin təhlükəsizlik yoxlamasının nəticələri altı ay müddətində etibarlıdır.
Bu qayda jurnalistika ictimaiyyəti tərəfindən kəskin tənqidlə qarşılanıb. Avropa Komissiyası isə yığımla bağlı qərarı bəyənməyib./AZƏRTAC/