Avropa Şurası Parlament Assambleyası Türkiyəni monitorinq altına almaq qərarı qəbul edib.
Yeniçağ.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Assambleyada “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi müzakirə olunub. Sonda Türkiyənin 2004-cü ildə çıxdığı monitorinq mərhələsinə geri qaytarılmasını nəzərdə tutan qətnamə təsdiqlənib.
Qətnamənin lehinə 113, əleyhinə 45 parlamentari səs verib. 12 parlamentari isə bitərəf mövqe nümayiş etdirib.
Yeniçağ.az