!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Şurasından çağırış: “Türkiyə ilə münasibətləri normallaşdırın”

!Reklam – Yazi

Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqland Türkiyə ilə AŞ-nın bəzi ölkələri arasında yaranan gərginlik fonunda tərəfləri dialoqa çağırıb.

Yeniçağ.Ru-nun xəbərinə görə, Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqlandın AŞ-nin rəsmi saytında yerləşdirilmiş bəyanatında mövcud gərginliyin diplomatiya və demokratiyaya zərbə vurduğu qeyd edilib:

“Biz vəziyyətin kəskinləşməsinə yol verə bilmərik”.

AŞ-nin baş katibi bildirib ki, Türkiyənin ölkədə və xaricdə yaşayan vətəndaşları gözlənilən referendumda təklif olunan dəyişikliklərin müsbət və mənfi tərəfləri haqqında məlumat almaq, o cümlədən, referendum kampaniyasında keçirilən açıq və ədalətli diskussiyalarda iştirak etmək imkanına malik olmalıdırlar:

Xaricdə təşkil olunacaq tədbirlər Türkiyə rəsmiləri və onların xaricdəki həmkarları arasında sıx əməkdaşlıq zərurətini doğurur. Tərəflər həmin tədbirlərin təşkili ilə bağlı uzunmüddətli konstruktiv dialoq vasitəsi ilə razılığa gəlməlidirlər ki, zəruri inzibati hazırlıqlar həyata keçirilsin”.

Onun sözlərinə görə, AŞ ölkələrində nəzərdə tutulan ictimai görüşlər və siyasi kampaniyalar dövlətlərin milli qanunvericiliyinə və Avropa İnsan Haqları Konvensiyasına uyğun qaydada keçirilməlidir.

Xatırladaq ki, Hollandiya hakimiyyəti bu il martın 11-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Rotterdam hava limanında enişinə icazə verməyib. Bundan bir qədər sonra türk diasporası ilə görüşmək üçün Almaniyadan avtomobillə Hollandiyaya gələn Türkiyənin Ailə və Sosial siyasət Naziri Fatma Betul Sayyan Kaya da təzyiqlə üzləşib. Hollandiya polisi əvvəl nazirin mühafizə xidməti əməkdaşlarını saxlayıb. Daha sonra isə naziri avtomobildən düşürməyə çalışıblar. Fatma Betul Sayyan Kayanın etirazından sonra isə polislər maşını evakuasiya edəcəkləri ilə hədələyiblər. Nəticədə avtomobildən düşən nazir Almaniyaya deportasiya edilib.
Bundan sonra polislər Rotterdamdakı Türkiyə konsulluğunun qarşısına toplaşaraq, nazirlərə dəstəklərini bildirən minlərlə etnik türkü ərazidən zorla uzaqlaşdırmağa çalışıblar.

Türkiyənin Xarici İşlər Nazirliyi isə Hollandiyanın Ankaradakı səfirinin hələ bir müddətə geri qayıtmamasını tələb edib. Qeyd edək ki, səfir hazırda məzuniyyətdə olduğu üçün Türkiyədə deyil.

Yeniçağ.Az

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv