Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.
Avropa Şurasının baş katibi atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.