“Avropa tamamilə ABŞ-yə tabedir” – Lavrov

“Avropa tamamilə ABŞ-yə tabedir və Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri öz ölkələrinin milli maraqlarını üstün tutmurlar”

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

“Avropa tamamilə ABŞ-ın altında “yatır”. Müstəqillik yoxdur”, – XİN-in rəsmisi bildirib.

O, əlavə edib ki, Aİ liderləri öz dövlətlərini “Qərbin vahid kollektiv tələbinə” tabe edirlər.

“Avropa İttifaqı öz xalqlarının və dövlətlərinin maraqlarının deyil, şəxsi siyasi planların və intriqaların ön planda olduğu bir təşkilata çevrilib”, – Lavrov yekunlaşdırıb.

COP29