!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa Türkiyəni bölməyə çalışır” – Tənzilə Rüstəmxanlı

!Reklam – Yazi

yenicag.az_turkiye_ab“Qərbin insan haqları pərdəsi altında gündəmə gətirdiyi məsələlər əslində Türkiyəni parçalamaq məqsədi daşıyır”

Bəzi Avropa ölkələrində Türkiyəyə qarşı düşmənçilik səngimək əvəzinə, daha da şiddətlənir. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilir. AŞ PA-nın plenar iclasında Türkiyədə demokratik təsisatların fəaliyyəti adlı hesabat ətrafında müzakirələr keçirilməlidir. Bu hesabat Türkiyənin 2004-cü ildə qurumun postmonitorinq mərhələsinə keçməsindən sonra  ən sərt hesabat kimi qiymətləndirilir. Sənəddə Türkiyə dövlətinin terrorizmlə mübarizə adı altında insan hüquqları, demokratiya və hüquqi dövlət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunur. Burada həmçinin 2013-cü ildə Türkiyədə baş vermiş korrupsiya qalmaqalına toxunulur və bu məsələdə hökumətin əli olduğu iddia edilir. Eyni zamanda, məruzəçilər Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının qeyri-proporsional olduğunu vurğulayıblar. Bir neçə parlamentar hətta Türkiyənin yenidən monitorinq prosesinə salınmasını təklif edib.

Görəsən, Qərbdə Türkiyəyə qarşı yaranan bu düşmənşiliyin kökündə nə dayanır? Niyə Avropa Türkiyəyə qarşı qərəz mövqeyindən hələ də əl çəkmir?

1466105861_tenz1Yenicag.az-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, Avropa əslində insan haqları pərdəsi altında Türkiyəni parçalamağı, onu zəiflətməyi qarşısına məqsəd qoyub: “Avropa Bizansın itirilməsini, Malatya savaşını, Çanaqqalada burunlarının necə ovundurulduğunu, Atatürkün apardığı və qələbə ilə nəticələnən Qurtuluş savaşını unutmayıb. Yəni bizlər avropalıların türklərə qarşı yapdığı əməlləri unutsaq da, Qərbdə isə türklərin yapdıqlarını unutmayıblar. Yəni avropalıların türkçülüyə qarşı  düşmənçiliyinin kökü tarixin dərin qatlarına gedib çıxır. Avropa ilk öncə gedib faşizmin məkanı, vətəninin hara olduğuna baxaraq bunu unutmasın, sonra gəlib Türkiyədən insan haqlarını tələb etməyə haqq qazansın. Hansı ki, faşizmin başında məhz Avropanın özü durur. İnsan haqları da qorunmalıdır. Amma Qərbin insan hüquqları pərdəsi altında gündəmə gətirdiyi məsələlər əslində Türkiyəni parçalamaq məqsədi daşıyır. Hansı insan haqlarından söhbət gedir? Əli silahlı, dövləti bölüb parçalamağa çalışan terror örgütünə maddi-mənəvi dəstək verən Avropa hansı insan haqlarından danışır? PKK son bir ildə 1002 nəfərin canını alıb ki, onun da 500-ə yaxını əsgər, polis, yerdə qalanlar da məsum insanlar olub.  Hər gün Türkiyədə PKK terror aktı törədir. Avropalılar PKK simpatizanlarını, ermənilərdən üzr istəyənləri, qondarma erməni soyqırımını dəstəkləyənləri nəzərdə tutaraq Türkiyədə insan haqlarından dəm vurur. Türkiyənin Avropa Birliyinə qəbul olunmasına qarşı olan dövlətlərin qardaş ölkədən nəyisə tələb etməyə haqqı yoxdur. Almaniyada yaxın tariximizdə 70-dən yuxarı türk adamı diri-diri yandırılmışdı. Belə olan halda onlar hansı insanlıqdan danışırlar? Qərb bir baxsın görsün kimləri müdafiə edir. Kim türk millətinə düşməndirsə, Türkiyəni bölmək istəyirsə, ona silah çəkirsə Avropa da onu dəstəkləyir. Ona görə əvvəlcə Avropa öz daxilində insan haqlarına sayğı ilə yanaşsın, sonra gəlib Türkiyədən nəsə tələb etsin”.

ELÇİN

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv