Cari ilin ilk rübündə Avropa İttifaqının (Aİ) iqtisadiyyatında cüzi artım qeydə alınıb.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Statistika İdarəsi açıqlayıb.
Məlumata görə, avrozona ölkələrinin Ümumi Daxili Məhsulu (ÜDM) 2023-cü ilin 1-ci rübündə ötən rüblə müqayisədə 0,1 faiz, Aİ-nin ÜDM-i isə 0,3 faiz artıb.
Eyni zamanda ötən ilin ilk rübü ilə müqayisədə avrozona ölkələrində və Aİ-də qeydə alınan artım daha yüksək olub – 1,3 faiz.
Qeyd olunur ki, Aİ ölkələri arasında ən yüksək artım Portuqaliyada müşahidə olunub: 1,6 faiz. İspaniya, İtaliya və Latviyada bu göstərici 0,5 faiz təşkil edib.
İrlandiya və Avstriya kimi ölkələrdə isə müvafiq olaraq -2,7 ilə -0,3 faiz geriləmə baş verib.