Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa Ukraynanı qaza satdı

ip_9262Rusiya və Ukrayna arasındakı qaz sazişi Avropanı xilas edəcək. Avropa bu fikri təsdiq edib. Beləki, Eurokomissiyanın başçısı Jose Manuel Barrozu deyib: “Artıq avropalıların qışda donmaları üçün səbəb yoxdur”

YENİCAG.AZ xəbər verir ki, bu barədə nüfuzlu “Forbes” jurnalı yazıb.

Yazıda qeyd olunur ki, Ukrayna və Rusiya arasında qaz mübahisəsinin əsas səbəbi qazın Avropaya tədarükü idi. Ukrayna isə ikinci məsələ idi. Çünki Rusiyanın Ukraynaya qaz tədarükünün dayandırması nəticəsində Avropanın qazsız qalacağı təhlükəsi var idi. Bəs Ukrayna müqavilənin nəticəsi olaraq nə əldə etdi? Belə baxanda, qazanan Rusiya və Avropa oldu,

Ukraynanın ciddi bir şey əldə etdiyini iddia etmək çətindir.

Ən pisi odur ki, Avropa Rusiya ilə münasibətlərin bərpası üçün danışıqlar aparır. Onlar üçün Ukraynanın gələcəyi və müqəddəratı deyil, məhz qazın Avropaya problemsiz nəqli maraqlıdır.

www.yenicag.az

455
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100