Avropa Ukraynaya qoşun göndərmə planı üzərində İŞLƏYİR: Fransa və Britaniya LİDERLİK EDİR

Avropa ölkələri Ukraynadakı münaqişədən sonra təhlükəsizliyi təmin etmək üçün mümkün qoşun yerləşdirmə planı üzərində işləyir. Britaniya və Fransa bu təşəbbüsün önündə gedir, lakin konkret detallar azdır. Bu müzakirələr Donald Trampın mümkün siyasət dəyişikliyi fonunda daha da təcililik qazanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Fransa Prezidenti Emmanuel Makronun əvvəllər irəli sürdüyü ideya indi daha geniş dəstək qazanır. Ancaq bu qüvvələrin tərkibi və sayı hələlik dəqiq bilinmir. Ukeayna Prezidenti Vladimir Zelenski ən azı 100-150 min nəfərlik kontingentin olmasını tələb edir, lakin mətbuatda 30-40 minlik qüvvə ehtimalı da müzakirə edilir.

Nəşrin analitiklərinin fikrincə, ABŞ-nin dəstəyi olmadan Avropanın bu cür missiyanı uğurla həyata keçirə bilməsi sual altındadır. Pentaqon rəsmiləri NATO çərçivəsindən kənar bir missiyanın təşkil olunmasını təklif edir, lakin ABŞ-nin konkret rolu hələlik müəyyən edilməyib. Ukrayna isə Avropanın təkbaşına təhlükəsizlik təminatını mümkün saymır və Amerikanın iştirakı olmadan bu təşəbbüsün uğurlu olmayacağını vurğulayır.

Rafi Müslümov