Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Avropa xaosun qarşısını aldığına görə Türkiyəyə minnətdar olmaq əvəzinə…” – ŞƏRH

Reklam: High Technic

“Ona görə də, Türkiyə prezidentinin yunanlara və avropalılara yönəlik “Sərhəd qapılarını açsaq, nə edəcəksiniz?” sualı çox yerinə düşür”.

Bu fikirləri Yunanıstan və bir sıra Avropa dövlətlərinin “köhnə dünya”ya miqrant axınına görə Türkiyəni suçlamasını “siyasi blef” kimi qiymətləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində, Türkiyə Afrika və Yaxın Şərq ölkələrindən Avropaya yönələn milyonlarla miqranta sığınacaq verməklə, üzərinə böyük yük götürüb:

“Son günlər Avropadakı bəzi ölkələrin miqrant məsələsində Türkiyəni ittiham etmələri açıq-aşkar “siyasi blef”dir. Bildiyiniz kimi, Afrika və Yaxın Şərq ölkələrindən Avropaya miqrant axını “Ərəb baharı”ndan sonra başlayıb.

Yəni məlum ölkələrdə baş verən proseslər, başlayan müharibələr bir çox ölkələrin dinc əhalisini sağ qalmaq və yaşamaq üçün xarici dövlətlərə üz tutmağa məcbur edib.

Yeri gəlmişkən, nəzərdə tutulan ölkələrin xarabalığa çevrilməsində müəyyən Avropa ölkələrini böyük rol oynadığını hər kəs bilir. O dövlətlər viran qoyduqları ölkələrdən gələn insanlara şərait yaratmaqdansa, sərhədlərini onların üzünə bağlayır, zorakılıq tətbiq edir.

Məlumdur ki, Yaxın Şərq ölkələrindən, xüsusilə, Suriyadan Avropaya getməyə çalışan milyonlarla insan Türkiyədə məskunlaşıb. Türkiyə dövləti özünün ehtiyaclarına baxmayaraq, onların normal yaşaması üçün hər il milyardlarla pul xərcləyir.

Avropa ölkələri buna görə Türkiyəyə maddi dəstək vədi versələr də, indiyə kimi heç bir yardım göstərməyiblər. Bu azmış kimi, Yunanıstan və başqa ölkələr miqrant məsələsində Türkiyəni ittiham etməyə qalxır. Avropa xaosun qarşısını aldığına görə Türkiyəyə minnətdar olmaq əvəzinə, belə qeyri-adekvat davranır.

Ona görə də, Türkiyə prezidentinin yunanlara və avropalılara yönəlik “Sərhəd qapılarını açsaq, nə edəcəksiniz?” sualı çox yerinə düşür. Bu səbəbdən, Avropa ölkələri Türkiyəni suçlamaqdansa, bu sualın cavabını axtarsalar, daha yaxşı olar”.

A.Zeynalov

www.yenicag.az

278
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100