Avropa Yenidənqurma və İnkişaf Bankı Xəzər Dəniz Gəmiçiliyinə 100 milyon dollar ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) inkişafını maliyyələşdirməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev bildirib.

Onun sözlərinə görə, ASCO-ya 100 milyon dollar kreditin ayrılması ilə bağlı artıq ilkin razılıq əldə olunub.

“Bizim QSC-yə sözügedən kreditləşmə dövlət zəmanəti olmadan həyata keçiriləcək. Lazım gələrsə, bu məbləğ artırıla bilər”, – deyə R.Vəliyev qeyd edib.