“Ukraynada hakimiyyət dəyişməsə, bu o deməkdir ki, Rusiya istəyinə nail olmayıb”.
Bunu Rusiya-Ukrayna müharibəsi fonunda Avropadakı qiymət artımlarını və etirazları dəyərləndirən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında söyləyib.
Araz Əlizadə bildirib ki, Qərb ölkələri bu qədər qiymət artımı və etirazların qarşısında geri addım atacaq:
“Avropada qiymət artımına görə baş verən etirazların nəticəsi o olacaq ki, Avropa ölkələri ABŞ-nin təsirindən çıxacaq. Avropa ölkələri daha Ukraynanı sabun kimi köpükləndirməyəcəklər. Bundan sonra artıq bu qədər çox pul verə bilməyəcəklər”.
Səxavət Məmməd