Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropada arxeologiya ixtisası üzrə ilk azərbaycanlı elmlər doktoru - FOTO

Noyabrın 9-da Fransanın Lyon 2 Universitetində həmyerlimiz Nuridə Atəşi – Qədirova arxeologiya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.

Yenicag.az xəbər verir ki, “Mərkəzi və Cənubi Qafqazın Son Tunc-Erkən Dəmir dövrü Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti kontekstində: E.ə. 1300-700-cü yüzilliklər“ mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən, 394 səhifədən ibarət olub. Müxtəlif ölkələrin universitet və elmi-tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq juri tətdiqat işinə yüksək qiymət verib. Juri bu tədqiqatın beynəlxalq elm aləmində diskussiyaya səbəb olacağına diqqət çəkib.

Dissertasiya işinin elmi rəhbəri Lyon 2 Universitetinin professoru, xanım Mişel Kazanova, digər üzvləri isə professor Eric Thirault (Lyon 2 Universiteti və Lyon Şərq arxeologiya İnstitutu), professor Hejebri Nobari, rəyçi (Tarbiət Modarne Universiteti Tehran, Iran), Dr Marjan Mashkour, rəyçi, (Fransa Milli Təbiət tarixi muzeyi və Milli elmi tədqiqat Mərkəzi), professor Elena Rova, rəyçi (İtalianın Ca’Foscari Venetsiya Universiteti, Associait), professor Suzanne Dibo (Lyon 2 Universiteti və Lyon Şərq arxeologiya İnstitutu)olub. Azərbaycandan isə AMEA Naxçıvan Bölməsinin professoru Vəli Baxşəliyev müdafiədə iştirak edib.

Qeyd edək ki, Nuridə Atəşi-Qədirova ilk dəfə olaraq Xocalı-Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq etməyə cəsarət edərək indiyə qədər bu mədəniyyətə verilən digər adlardan – “Gəncə-Qarabağ mədəniyyəti“, “Mərkəzi Cənubi Qafqaz mədəniyyəti“, “Samtavro mədəniyyəti”, “Lçaşen-Mestamor mədəniyyəti”, “Lçaşen-Tsitelgori mədəniyyəti” imtina edilməsi, bu mədəniyyət üçün xas olan “Xocalı-Gədəbəy” mədəniyyəti adının bundan sonra elmi ədəbiyyatda işlədilməsinin daha doğru olduğunu irəli sürüb. O, ilk dəfə olaraq 6 ölkənin muzey və arxivlərində (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) 5 dildə ( alman, ingilis, fransız, rus və azərbaycan) tədqiqatlar aparıb.

Nuridə Atəşi-Qədirova çoxlu sayda indiyə qədər elmə məlum olmayan yeni kolleksiyalar, arxiv materialları aşkar edib, Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını objektiv və tənqidi analizini verib. O, Xocalı-Gədəbəy mədəniyyətinin Qafqazda yayılma arealını, xronologiyasını yenidən araşdırıb və abidələrini tədqiq edib. Tədqiqatçı eyni zamanda muzey materiallarının tipaloji analizini verib, kataloqunu hazırlayıb və beynəlxalq elmin diqqətini Azərbaycan arxeologiyasına, onun inkişafına yönəltməyə müvəffəq olub.

Loading...

www.yenicag.az

3987
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100