Avropada Fələstinə görə İsrailə etiraz edən alimlər işdən qovuldu

“Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrdə Fələstinlə bağlı danışan akademiklər işlərini itiriblər”.

Yenicag.az xəbər verir ki, bunu bir çoxlarının İsrail-Fələstin müharibəsində Tel-Əvivin hərbi normaları pozmaqla insanlıq əleyhinə cinayətlər törəməsinə niyə susduğu ilə bağlı yazdığı məqalədə Lissabon NOVA Universitetinin Siyasi Elmlər kafedrasının dosenti Ketrin Muri qeyd edib.

Onun sözlərinə görə, səbəblərdən ən əsası cəmiyyət tərəfindən marginallaşmaq qorxusudur.

“Konfranslarda akademiklər bu mövzuya həssaslıqla yanaşır və müzakirədən çəkinir. Hər gün “X” hesabımda gəzərkən cari hadisələri oxuyuram. Ancaq bir dəfə də olsun qarşıma Fələstin haqqında yazı çıxmır. Yaxın Şərqdəki proseslərlə bağlı onlayn seminarlar və müzakirələr keçirilir. Düzdür, bu yaxşı təşəbbüsdür. Ancaq Siyasi Araşdırmalar üzrə Avropa Konsorsiumu (The European Consortium For Political Research) İsrailin hərəkətlərini pisləyən və lazımi addımların atılmasını tələb edən məktuba cavab olaraq İcraiyyə Komitəsi bəyanat səsləndirməkdən belə imtina etdi. Bunu isə “institusional neytrallıqla” iddiası ilə müdafiəyə qalxdı.

Siyasi məsələləri öyrənmək üçün maaş alan, lakin soyqırıma qarşı sərt mövqe tuta bilməyən alimlər cəmiyyətinin fəaliyyəti həqiqətən utanc vericidir. 500-ə yaxın politoloqla İsrailin hərəkətlərini pisləmək üçün məktub hazırlayaraq imzalarımızı atdıq. İmzalamayanlar isə təbii olaraq mövqelərinin aşağı düşəcəyindən və ya qrant almaq şanslarına zərər gələ biləcəyindən çəkinənlər idi. Mövqe tutmaq asan məsələ deyil. Bir çoxu haqlı olaraq karyeralarından qorxurlar. Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrdə Fələstinlə bağlı danışan akademiklər işlərini itiriblər. Hətta aralarında həbs olunanlar belə var. Bu isə yalnız aysberqin yalnız görünən hissəsidir”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29