Avropada istilər rekord həddə çatdı

İyunun sonlarında Avropanın bir neçə hissəsində müşahidə edilən isti hava insan sağlamlığı, kənd təsərrüfatı və ətraf mühit üçün böyük təhlükədir. İstilər “Köhnə dünya”da artıq bir neçə temperatur rekordu qırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) son günlərdəki anomal hava şəraitini təhlil edərək məlumat verib.

Məsələn, iyunun 28-də Fransanın Qallarq-le-Montyuyo şəhərində (Qar departamenti) 45,9 dərəcə istilik qeydə alınıb. Bu, Fransa ərazisində qeydə alınmış ən yüksək temperaturdur.

Almaniyada yeni temperatur rekordu iyunun 30-dan etibarən 39,6 dərəcə təşkil edir. Çexiyada iyunun 26-da yeni milli rekord – 38,9 dərəcə qeydə alınıb.

Meteoroloqlar bu həftə Avropanın mərkəzi bölgələrində temperaturun uzunmüddətli orta göstəricidən 3-6 dərəcə, “Köhnə dünya”nın qalan hissələrində isə 1-3 dərəcə yüksək olacağını gözləyir. Şərqi Avropada istilik dalğaları quraqlıqla müşayiət edilə bilər./Report/