!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropada Macarıstanla Türkiyəni tənqid etmək dəbə çevrilib” – Səfirdən ETİRAZ

!Reklam – Yazi

“Türkiyənin Avropa İttifaqına üzvlüyünü ən çox dəstəkləyən ölkə Macarıstandır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Macarıstanın Ankaradakı səfiri Viktor Matis “Türkiye” qəzetinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, hazırda Avropadan Macarıstan və Türkiyəyə yönəlik əsassız ittihamlar səsləndirilir:

“Macarıstanın yeri Avropa İttifaqıdır, burada qalacağıq. Artıq 12 ildir hakimiyyətdə olan və ötən həftələrdə növbəti seçkilərdə də qalib gələn hökumətimizin əsas istəyi Avropa İttifaqının güclü üzvlər tərəfindən idarə olunmasıdır.

Avropada Macarıstanla Türkiyəni tənqid etmək dəbə çevrilib. İttifaq daxilində fərqli mövqe tutduğumuz məsələlər var. Ölkəmizi özümüz idarə edirik və bu belə də davam edəcək.

Türkiyənin Avropa İttifaqına üzvlüyünü ən çox dəstəkləyən ölkə Macarıstandır. Bu mövqeni ən açıq formada bəyan edirik. Türkiyə ilə müzakirə prosesinin ədalətli şəkildə davam etdirilməsini istəyirik. Macarıstan hələ ilk gündən suriyalı qaçqınlar üçün nəzərdə tutulan 3+3 milyard avro vəsaitin Türkiyəyə verilməsini təklif edir”.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv