Qlobal istiləşmə ilə əlaqədar Avropada ağcaqanadlarla ötürülən malyariya və dang qızdırması aktiv şəkildə yayılır.
Yenicag.az xəbər verir ki, bu barədə britaniyalı professor Reyçel Lou məlumat yayıb.
Onun sözlərinə görə, növbəti bir neçə onillikdə infeksiyaların yayılması Avropanın şimalında, Asiyada, Şimali Amerikada və Avstraliyanın hazırda təsirlənməmiş ərazilərində baş verəcək.
O, bu problemi Barselonada Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin qlobal konqresində səsləndirməyi planlaşdırır.