Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avropada Qarabağ aksiyası keçirildi

İsveçdə yaşayan Sabir Quliyev YENİCAG.AZ-a açıqlama verdi
10585734_323297011178571_1693087445_nAvqust ayının 8-də İsveç Krallığının ikinci böyük şəhəri olan Yöteborgda yaşayan azərbaycanlılar, Ermənistanın ölkəmizə qarşı son günlərdəki hərbi müdaxilə cəhdlərinə etiraz olaraq aksiya keçiriblər. Bu barədə həmin şəhərdə yaşayan soydaşımız Firudin Ələsgərov məlumat verib. O deyib ki, aksiya həm də Ermənistanın Qarabağı işğal etməsinə, həmçinin, Azərbaycan Respublikasının  ərazi bütövlüyünü pozmasına  və  Ermənistanın işğalıçı siyasətinə  etiraz olaraq keçirilib.
Musavat.com-a göndərilən məlumatda bildirilir ki, etiraz mitinqi saat 16-dan başlayaraq saat 18-ə kimi davam edib. Aksiyada istirak edən həmvətənlərimiz Ermənistanın işğalçı hərəkətlərinə son qoyulmasını, Azərbaycanın işğal olunmuş və Dağlıq Qarabağa aid olmayan ərazilərinin qeydsiz- şərtsiz  geri gaytarılmasını,  1 milyondan cox qaçqının öz torpaqlarına dönməsini və yalnız  bundan sonra Dağlıq Qarabağın statusunun danışıqların predmeti ola biləcəyini tələb ediblər.
Həmçinin aksiya iştirakçıları İsveç Krallığı da daxil olmaqla, beynəlxalq  birlikdən BMT-nin qəbul etdiyi  822, 853, 874, və 884 saylı qətnamələrin yerinə yetrilməsinə dəstək verilməsini istəyiblər. Aksiya iştirakçıları habelə Avropa Şurası Parlament Assambleyasının 1416 saylı gətnaməsinin şərtlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qaçqınların öz torpaqlarına gayıtmasının təmin olunması tələbində bulunublar. Mitinqdə ”Ermənistanın Azərbaycana qarşı aqressiasına son goyulsun”   ” Qarabağa azadlıq”,  ”Qarabağ Azərbaycan ərazisidir” və sairə şüarlar səsləndirilib(musavat.com).
Aksiya barədə YENİCAG.AZ-a danışan soydaşımız Sabir Quliyevin sözlərinə görə, onlar Qarabağ ilə bağlı tədbirlərini davam etdirəcəklər: “Biz vətəndən uzaqda olsaq da, qəlbimiz Azərbaycanla döyünür. Biz Qarabağ məsələsinin Avropada yenidən gündəmə gəlməsini təmin edəcəyik”.

www.yenicag.az

558