Avropada qazın qiyməti 2400 dolları ötdü

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin martın 8-dən ilk dəfə olaraq demək olar ki 2 400 ABŞ dollarını ötüb.

15 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 407.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 10.8% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.