Avropada qazın qiyməti 445 dollar səviyyəsində qərarlaşdı

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 445 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Yenicag.az xəbər verir ki, 1 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 445 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (438,3 dollar) ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.