Avropada qazın qiyməti bahalaşdı

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1350 dolları ötüb.

Yenicag.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, qiymət artımı Rusiya Prezidenti Vladimir Putinin dost olmayan ölkələrə qazı yalnız rublla tədarük etmək göstərişindən sonra yaranıb.

Ümumilikdə, qazın qiyməti ticarətə başlayandan bəri təxminən 20,3% artıb.