Avropada qazın qiyməti 2021-ci ilin iyul ayının sonundan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 450 dollardan aşağı düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir.
Hollandiyanın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 443 dollara və ya MVt/saata 40,6 avroya düşüb (hazırkı avro/dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur).
Yazın əvvəlində havanın bir qədər soyumasına baxmayaraq, cari istilik mövsümə nisbətən isti hava şəraiti müşahidə olunub ki, bu da qazın qiymətinin ucuzlaşmasına səbəb olur.