!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada “qırmızı”, “narıncı” və “yaşıl” koronavirus zonaları yaradılır

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) ümumi karantin tətbiq etmək və sərhədləri bağlamaq niyyətində deyil, ona görə də region daxilində hərəkət normalarının uyğunlaşdırılması məqsədilə Avropa Komissiyası pandemiya səviyyəsindən asılı olaraq regionların təsnifat sistemini hazırlayıb.

Yenicag.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O bildirib ki, pandemiya vəziyyətinə uyğun olaraq Aİ ərazisini “qırmızı”, “narıncı” və “yaşıl” zonalara böləcək təsnifat sistemi hazırlanıb. Bu xəritə ilə “reopen.europa.eu” saytında tanış olmaq mümkün olacaq.

Qeyd olunub ki, “yaşıl” regionlar arasında heç bir hərəkət məhdudiyyəti olmayacaq, amma “narıncı” və “qırmızı” zonalarda ayrı-ayrı hökumətlər səyahət edənlərdən koronavirus analizindən keçməyi tələb edə və ya karantinə alınmağı tövsiyə oluna bilər.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv