Avropa Parlamentinə (AP) seçkilərin ilkin nəticələri açıqlanmağa başlayıb.
Yenicag.az xəbər verir ki, Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” Partiyasının (AfD) ikinci yeri tutması müzakirələrə səbəb olub.
İyunun 6-9-da Avropa İttifaqının (Aİ) 27 üzvündə keçirilən AP seçkilərinin nəticələri Brüsseldə AP Baş Assambleyasının zalında quraşdırılmış nəhəng ekranda elan olunmağa başlayıb.
İndiyədək Almaniya, Hollandiya, Avstriya, Yunanıstan və Cənubi Kiprdən nəticələr alınıb.
Müvafiq olaraq, Almaniyada xristian demokratları bir araya gətirən Avropa Xalq Partiyası (EPP) 30, Yaşıllar/Avropa Azad Alyansı 16, Sosialistlər və Demokratlar (S&D) 14, Avropanı Yenilə (RE) 8, Sol isə 4 səsə malikdir. Bundan əlavə, AP-də hələ də qrupa daxil olmayan partiyalar 19 millət vəkilliyi yeri qazanıb.
Almaniyada keçirilən AP seçkilərində Xristian demokratik CDU/CSU ittifaqı 29 deputatla birinci, AfD isə 17 deputatla ikinci yerdə qərarlaşıb. Hökumət koalisiyasının əsas tərəfdaşı olan Sosial Demokratlar (SPD) 14 mandat qazanaraq üçüncü yerə düşüb. Koalisiyanın digər tərəfdaşları Yaşıllar 12 yer, Azad Demokrat Partiyası (FDP) isə 5 yer qazanıb.
Hollandiyada RE 7 yer, ifrat sağçı Kimlik və Demokratiya (ID) 7 yer, EPP 6 yer, Yaşıllar 4 yer, S&D 4 yer, Sol və digərləri isə hərəyə 1 yer olmaqla 2 mandat qazanıb.
Rafi Müslümov