Avropada təbii qaz tədricən ucuzlaşacaq – PROQNOZ

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün Avropada təbii qazın orta qiyməti üzrə baza proqnozunu yeniləyib.

Yenicag.az “Fitch”in baza proqnozuna istinadən xəbər verir ki, TTF indeksi (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın 1 000 kub fut (28,3168 kubmetr) üçün qiymətinin 2025-ci ildə 12 ABŞ dolları (öncəki proqnoz – 11 dollar), 2026-cı ildə – 8 dollar, 2027-ci ildə – 7 dollar (proqnozlar göstəricilər dəyişməyib), 2028-ci ildə isə 7 dollar səviyyəsində olacağı ehtimal olunur.

Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 11 dollar olub.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.