Avropada yüksək inflyasiya, faiz artımları, enerji böhranı… – Sənaye istehsalında həyəcan təbili çalınır

Avropa iqtisadiyyatının sənaye istehsalı pandemiyadan sonrakı ən pis dövrünü yaşayır və bunun başlıca səbəbi enerji problemidir.

Yenicag.az “Sözçü”yə istinadən bildirir ki, bu fonda kimya sənayesinin ən böyük “BASF” şirkəti xərcləri azaltmaq üçün ixtisar edəcəyini açıqlayıb. BASF-nin baş direktoru Martin Brudermüllerin sözlərinə görə, Avropa kimya bazarı təxminən on ildir zəif inkişaf edir və bu il ərzində təbii qaz və elektrik enerjisi qiymətlərindəki əhəmiyyətli artım kimyəvi dəyər zəncirlərinə təzyiq göstərir.

Şirkət iki həftə əvvəl qarşıdakı iki il ərzində xərclərini 1 milyard avro azaldacağını elan edib və əsasən informasiya texnologiyaları, kommunikasiyalar və Ar-Ge kimi qeyri-istehsal sahələrində daralma olacaq.

Ekspertlərə görə, yüksək inflyasiya, faiz artımları və enerji böhranı səbəbindən tənəzzül astanasında olan Avropa iqtisadiyyatının əsas güc mərkəzlərindən biri olan sənaye istehsalında həyəcan təbili çalması regionda məşğulluq və iqtisadi sabitlik üçün də kritik əhəmiyyətə malikdir. Bu baxımdan, 2023-cü ilin ilk rübündə iqtisadiyyatın daralması gözlənilir.

Gülşən