!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropadakı nazir uşaqları bir telekanal açsınlar da...” – Partiya sədri

!Reklam – Yazi

“Niyə bu qədər məmur müxalifət kanallarının qarşısına çıxarmaq üçün bir kanal yaratmır?”

Yenicag.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev “Yeni Müsavat” qəzetinin “Facebook” səhifəsinin canlı yayımında səsləndirib.

Hafiz Hacıyevin sözlərinə görə, övladlarını və sərvətlərini xaricə çıxaran çoxsaylı məmurlar hakimiyyətin dəstəklənməsi istiqamətində heç bir addım atmırlar:
“Özünüz də görürsüz ki, xaricdəki mühacirlərimiz nə qədər telekanal açıblar və hakimiyyətin ünvanına çox kəskin tənqidlər deyirlər.

Mən də təklif edirəm ki, xaricdəki, Avropadakı nazir uşaqları da bir telekanal açsınlar da… Müxalifətçi kanalların verilişləri başlayanda, onlar da çıxsınlar efirə. Amma bunu etmirlər.

Yəni bu qədər sərvət toplayıblar, xaricə axışıblar, amma hakimiyyəti, prezidenti müdafiə etmək üçün heç bir addım atmırlar”.

www.yenicag.az

2462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv