!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropadan AzTV-yə övgü: “Milli mövzular göz oxşayır”

!Reklam – Yazi

“Köhnə dünya”da məskunlaşan soydaşlarımız Azərbaycan Dövlət Televiziyasında (AzTV) gedən keyfiyyət dəyişikliyini müsbət qiymətləndirirlər.

Bu barədə Yenicag.az-a müraciət edən Finlandiyada fəaliyyət göstərən Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru və Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova AzTV-nin qürbətdəki soydaşlarımıza göstərdiyi diqqətin qürurverici olduğunu bildirib.

Ülviyyə Cabbarova AzTV-də keyfiyyət və vizual dəyişikliyin göz oxşadığını vurğulayıb:
“Uzun illərdir Şimali Avropada yaşayıram. Qürbətdə bu qədər vaxt yaşamağımıza baxmayaraq gözümüz daim milli televiziyalarımızdadır. Ən cox Vətən həsrəti ilə izlədiyimiz AzTV isə son günlər bizi yaman təəccübləndirib.

Səhərlər televizorun pultunu AzTV-yə tuşlayanda doğma dilimizi eşitməsəm, sanki bir məşhur Avropa kanalına baxıram. Zövqlə və müasir dizaynla yığılmış studiyalar, aparıcıların modern təqdimatları, peşəkar hazırlanmış proqramlar, istədiyimiz mövzuda müzakirələr və sair və ilaxır.

Mən uşaqlıq illərində Bakıda yaşadığım vaxt olan AzTV-ni indi buradan təkrar görürəm. Olduqca maraqlı verilişlər təşkil olunur. Milli mövzular, milli çalarlar göz oxşayır. Xüsusilə gənclər üçün təşkil olunan verilişlərdə intellektual müzakirələr buradan avropalı tamaşaçı kimi bizim diqqətimizi həmən çəkir.

Xaricdə yaşayan həmvətənlərimizin müxtəlif vasitələrlə milli televiziyamızda efirə cəlb olunması isə AzTV-dən bizə böyük diqqətdir. Siz bilirsinizmi bu qürbətdə yaşayan azərbaycanlı üçün necə qürurlu bir hissdir? Təşəkkürlər AzTV! Təşəkkürlər milli televiziyamızı son vaxtlar bizə qaytaran insanlar!

www.yenicag.az

4955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv