Avropadan Trampı qəzəbləndirəcək qərar: İranla ticarətdə yeni ödəniş mexanizmi yaradılır

İranla nüvə anlaşması imzalamış dövlətlər bu ölkə ilə ticarətdə yeni ödəniş mexanizmi yaratmağı düşünürlər.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Avropa İttifaqı, Rusiya və Çinin nəzərdə tutduğu ödəniş mexanizmi ABŞ-ın İrana qarşı sanksiyalarından “yan keçməyə” hesablanıb.

Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Federika Mogerininin sözlərinə görə, yeni ödəniş sistemi İranla ticarət edən biznes quruluşlarına, o cümlədən, iri neft şirkətlərinə ABŞ bazarına və valyutasına ehtiyac olmadan İslam Respublikası ilə əməkdaşlığı davam etdirmək imkanı verəcək.

Bununla belə, bu məsələnin təşəbbüskarları nəzərdə tutduqları mexanizmin necə işləyəcəyinə aydınlıq gətirməyiblər.
Məlumatlara görə, burada söhbət bir zamanlar SSRİ-də mövcud olmuş “barter sistemi”ndən gedə bilər. Yəni İrandan neft alan Avropa dövlətləri onun əvəzini puldan istifadə etmədən müxtəlif məhsullarla ödəyəcəklər.

Qeyd olunur ki, İranla ticarətdə yeni ödəniş mexanizminin tətbiqi haqqında qərar Böyük Britaniya, Fransa, Almaniya, Çin və İran rəsmilərinin görüşündə qəbul edilib.

COP29