Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropalılar müxalifətlə niyə görüşmür? – Deputat səbəblərini xırdalayır

Reklam: High Technic

 

A8A6C22B-6216-4E24-A0AD-CD86B3CA01D2_mw1024_s_nElşən Musayev: “Ölkəmizdə səfərdə olan beynəlxalq qurum rəhbərlərinin müxalifətlə görüşməməsi, ikincilərin gücsüzlüyü, səriştəsizliyi və hörmətsizliyindən irəli gələn bir məsələdir”

Bakıda səfərdə olan Avropa Birliyi Komissiyasının vitse-prezidenti Federika Magarini prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, vətəndaş cəmiyyəti və QHT təmsilçiləri ilə də görüşüb. Amma o da özündən əvvəl gələn bir sıra beynəlxalq təşkilat nümayəndə və rəhbərləri kimi müxalifətlə görüşmədi.

Görəsən, son illər tez-tez Bakıda olan beynəlxalq təşkilat rəhbərləri nədən görüşlərində müxalifətlə təmaslara da yer ayırmırlar?

Milli Məclisin deputatı Elşən Musayev Yenicag.az-a açıqlamasında bunun səbəbini gələn xarici rəsmilərin radikal müxalifəti ciddi gücə malik qüvvə hesab etməmələrində axtarmağı lazım bildi: “Bu gün nəinki təkcə Azərbaycanda, Avropanın özündə, eyni zamanda Qərb dairələrində ölkəmizin siyasi sistemilə bağlı səhih məlumatlar, tam dəqiq informasiyalar var. Bu səbəbdən də Azərbaycan iqtidarı ilə müxalifətinin güc balansını müəyyən etmək onlar üçün çətin deyil. Səhv etmirəmsə, artıq 2005-ci ildən bu yana həmin dairələrin Azərbaycan müxalifətilə görüşləri son dərəcədə məhdud dairədə keçirilib. Əlalxüsus da bunu siyasi partiyalara aid etmək olar. Onlar protokol xətrinə olsa da bəzi vətəndaş cəmiyyəti nümayəndələrilə görüş keçirir. Amma siyasi partiyalarla belə bir münasibətlərin şahidi deyilik. Bir məsələni dəqiqləşdirmək lazımdır ki, xarici qonaqlar gələndə onların öz şöbələri öncədən, heç kimin iradəsindən asılı olmadan protokolları müəyyən olunur. Eyni zamanda, bunu Avropa Birliyi Komissiyasının nümayəndəsinə də şamil etmək olar. Avropa Şurasının prezidenti də Azərbaycanda oldu. O da iqtidardan başqa, ancaq QHT səviyyəsində nümayəndələrlə təmas qurdu.

Gələn xarici rəsmi qonaqların müxalifət təmsilçilərilə görüşməmələrini iqtidar opponentlərinin gücünün sıfırdan da aşağı həddə olması ilə bağlayıram. Onlar radikal müxalifəti Azərbaycan siyasi sistemin bir qanadı, siyasi elektoratı olan tərəf kimi qəbul etmirlər. Hesab edirəm ki, Azərbaycan müxalifəti güclü olsaydı, mütləq xarici rəsmilər onları da tərəf kimi qəbul edərək görüşərdilər. Yəni ölkəmizdə səfərdə olan beynəlxalq qurum rəhbərlərinin müxalifətlə görüşməməsi, daxildəki bu qüvvənin gücsüzlüyündən, səriştəsizliyindən və hörmətsizliyindən irəli gələn bir məsələdir”.

ELÇİN

Loading...

www.yenicag.az

551
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100