!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropalılar tək narkotiki yox, başqa şeyləri də leqallaşdırıblar” - Hadı Rəcəbli

!Reklam – Yazi

“Bir sıra ölkələrdə narkotik maddələrdən istifadənin leqallaşdırılmasını düzgün hesab etmirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.

Deputatın sözlərinə görə, bəzi ölkələrdə narkotiklərin leqallaşdırılması yerli mentalitetdən irəli gəlir:
“Bir sıra ölkələrdə narkotiklərdən istifadə leqallaşdırılıb. Bir müddət əvvəl qonşu Gürcüstanda da belə bir addım atılıb.

Şəxsən mən narkotik maddələrdən istifadənin leqallaşdırılmasını düzgün hesab etmirəm. Özünüz də görürsüz ki, biz hətta siqaretdən istifadənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyə dəyişikliklər edirik.

Avropa ölkələri narkotik maddələrdən istifadəni leqallaşdırıblar, öz işləridir. Ümumiyyətlə, avropalılar tək narkotiki yox, başqa şeyləri də leqallaşdırıblar. Biz onları təkrarlamalı deyilik”.

A.Zeynalov

www.yenicag.az

3504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv