Avropanı silahlanmağa çağırdı

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın təcili olaraq yenidən silahlanmalı olduğunu və üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün manevr imkanlarının vacibliyini bildirib.

Yenicag.az xəbər verir ki, o bu fikirləri Londonda Ukraynaya dəstək mövzusunda keçirilən sammitdən sonra səsləndirib. Ursula Fon der Lyayen qeyd edib ki, Avropa demokratiyanı qorumağa hazır olduğunu ABŞ-yə də göstərməlidir. O, uzun illər davam edən az investisiyadan sonra müdafiə sektoruna xərclərin uzunmüddətli dövrdə artırılmasının zəruri olduğunu vurğulayıb.

“Uzun müddət müdafiə sahəsinə kifayət qədər investisiya qoyulmayıb. İndi isə bu investisiyaları artırmaq olduqca vacibdir və bu, davamlı şəkildə aparılmalıdır”, – deyə o, Londondakı görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Ursula Fon der Lyayen əlavə edib ki, üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün daha geniş maliyyə imkanları yaradılmalıdır.