Ondan çox Avropa ölkəsinin parlament komitələrinin rəhbərləri Gürcüstan hakimiyyətini “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən imtina etməyə çağırıblar.
Yenicag.az xəbər verir ki, imzalarla birgə məktubun mətnini Estoniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mişelson dərc edib.
Parlamentarilər xatırladıblar ki, Gürcüstan vətəndaş cəmiyyəti hakim partiyanın 2023-cü ilin əvvəlində bu layihəni qəbul etmək cəhdinə çıxılmaz müqavimətlə reaksiya verib, sonra isə onu geri götürəcəklərinə söz veriblər.
Onlar həmçinin bu qanunun Gürcüstanın vətəndaş cəmiyyəti və icma təşkilatları sektoruna qarşı qərəz yaratmaq məqsədi daşıyan “Putinin Rusiyası tipli” qanunu olmasından dərin narahatlıqlarını ifadə ediblər.
Parlamentarilər qeyd edirlər ki, belə bir addım gürcü xalqının Avropaya inteqrasiya istəklərinə və Gürcüstanın üzvlük üçün namizəd statusu ilə birlikdə aldığı Avropa Komissiyasının tövsiyələrinə ziddir.
Müraciəti Estoniya, Litva, Latviya, Danimarka, İrlandiya parlamentlərinin xarici əlaqələr komitələrinin, Fransa Milli Assambleyasının, Almaniya Bundestaqının, İtaliya Deputatlar Palatasının, Polşa Senatının iki komitəsinin, komitələrin rəhbərləri imzalayıblar. Çex Respublikasının Deputatlar Palatası və Senatı, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının komitəsi və Norveç Parlamentinin üzvü imzalayıb.
Məktub Rusiyanın xarici agentlər haqqında qanunu ilə müqayisə edilən “Gürcü arzusu”nun layihəni geri qaytarmaq planlarına cavab olaraq Qərbin bir sıra tənqidi bəyanatlarından biri idi.
Eyni zamanda, partiya Qərb tərəfdaşlarının tənqidini “anlamadıqlarını” və planlaşdırdıqları kimi gedəcəklərini bildirib.
Yenicag.az