!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın daha bir ölkəsi Rusiyadan qaz asılılığına son qoydu – Nazirdən AÇIQLAMA

!Reklam – Yazi

Niderland hökuməti Rusiyanın qaz asılılığından xilas olduğunu bəyan edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Niderlandın energetika naziri Rob Cettenin açıqlamasında qeyd olunub.

Bununla belə, nazir əlavə edib ki, Niderland Avropanın əsas enerji qovşaqlarından biri olduğundan mümkün qaz böhranı ölkə üçün təhdid olaraq qalır.

Cettenin sözlərinə görə, Niderland 2022-ci ilin ilk yarısında enerji istehlakına ciddi qənaət etdiyi üçün ölkədə təbii qaza olan tələbat 33 faiz azalıb. Bu isə Niderlandın Rusiya qazından imtina etməsi üçün yetərlidir. Çünki ölkənin təbii qaza olan tələbatının 15-20 faizi “Qazprom” tərəfindən ödənilirdi.

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv